Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şabranda FACİƏ: Ana və uşaq doğuş zamanı öldülər - YENİLƏNİB
Şabranda doğuş zamanı qeydə alınan ölüm halı ilə bağlı müvafiq araşdırma aparılır.
Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Şəms Şahbazlı bildirib ki, üçüncü hamiləliklə tibb müəssisəsinə daxil olan, rayonun Xəlifəli kənd sakini, 37 yaşlı Nailə Əlihüseyn qızı Qasımova ilkin diaqnoza görə, kəskin ürək-damar çatışmazlığından vəfat edib və doğuş zamanı körpəni də xilas etmək mümkün olmayıb.
N.Qasımova təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Ölümün dəqiq səbəbi patoloji anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.
20:24
Şabran rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana və uşaq ölümü baş verib.
Oxu.Az xəbər verir ki, doqquz aylıq hamilə olan Şabran şəhər sakini, 1987-ci il təvəllüdlü Nailə Qasımova doğuş zamanı ölüb, körpəni də xilas etmək mümkün olmayıb.
Mərhumun həyat yoldaşı Kərəm Qasımov bildirib ki, bu, qadının üçüncü hamiləliyi olub.
K.Qasımov həyat yoldaşının və körpəsinin həkim səhlənkarlığı nəticəsində öldüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.
"Şabran" teqi üzrə xəbərlər
- Şabranda bıçaqla oynayan azyaşlı boğazını kəsərək ÖLDÜ
- Şabranda 40 yaşlı kişi qızına yazılan mesajlara görə qonşusunu DÖYDÜ
- 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şabranda dəfn olunub
- Güləş üzrə Azərbaycan çempionatının ilk günündə 200-ə yaxın idmançı mübarizə aparıb - FOTO
- Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
Rəylər