Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib
Azərbaycan vətəndaşları Famil Allahverdi oğlu Əskərov və Zamin Nurəddin oğlu Abdullayevin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Oxu.Az xəbər verir ki, barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Famil Əskərovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və Zamin Abdullayevin mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 28.11.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
"Ekstradisiya" teqi üzrə xəbərlər
- Azərbaycanda tutulan cinayətkar aylar sonra Tacikistana təhvil verildi
- Azərbaycana ekstradisiya olunan şəxslərdən biri tanınmış biznesmendir
- Türkiyə İnterpol xətti ilə axtarışda olan qadını Rusiyaya ekstradisiya etdi
- Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilib
- Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq
Rəylər