Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fakturalı xətt istifadəçisi xaricdə 548 manatlıq borca düşüb?
"Mobil internet xidmətindən istifadəni cihazın menyusu vasitəsi ilə müvafiq sazlamanı həyata keçirməklə dayandırmaq və ya aktiv etmək mümkündür".
Bu məlumatı Oxu.Az-ın soğrusuna cavab olaraq "Azercell Telekom" MMC-dən verilib.
Qeyd olunub ki, abunəçi rouminq zamanı internet xidmətindən istifadə edəcəyi halda ona rouminq internet paketlərindən faydalanmaq tövsiyyə olunur.
"Rouminq paketləri aktiv olan ölkələrin siyahısı ilə "Azercell"in rəsmi veb-səhifəsində tanış olmaq mümkündür. Səhifənin başlığında yerləşən axtarış bölməsinə ölkənin adını yazmaqla "Azercell"-in əməkdaşlıq etdiyi operatorlar və qiymətlərlə bağlı məlumat əldə etmək olar. Qeyd edək ki, "Azercell" 90-dan çox ölkədə fəaliyyət göstərən 210-dan çox operatorun şəbəkəsində müxtəlif həcmli sərfəli rouminq internet paketlərini təklif edir.
Mobil operator yerli telekommunikasiya bazarında rouminq internet paketləri üzrə ən böyük məhsul portfelinə sahibdir. Belə ki, "Azercell" abunəçiləri 100 MB həcmində günlük, 400 MB həcmində 3 günlük, 1 GB həcmində 14 günlük və 3GB həcmində 30 günlük internet paketlərindən yararlana bilərlər. Korporativ abunəçilər həmçinin istifadə müddəti 30 gün olan 10 GB-lıq paketdən də faydalanmaq imkanına malikdirlər.
Eyni zamanda, "Azercell"in rəsmi veb-səhifəsində rouminq zamanı zənglərin həyata keçirilməsi, SMS və internet xidmətindən (rouminq internet paketləri olmadan) istifadə haqları ilə tanış olmaq mümkündür".
Eyni zamanda "Azercell" şirkəti abunəçilərinə rouminqdə zənglər həyata keçirərkən, SMS sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istədiyi hər hansı xidmətin yığım qaydalarına dəqiq riayət etmək, həmçinin rouminqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlanması tövsiyə edir.
"Qeyd edək ki, mobil internet xidmətindən istifadəni cihazın menyusu vasitəsi ilə müvafiq sazlamanı həyata keçirməklə dayandırmaq və ya aktiv etmək mümkündür.
"Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər çərçivəsində abunəçilər Mobil İnternet xidmətindən istifadə edərkən tariflərə uyğun olaraq (rouminq xidməti çərçivəsində internetdən istifadə tariflərə uyğun olaraq, ölkə daxilində isə Mobil İnternet Paketi aktiv olduqda həmin paketə uyğun olaraq, heç bir mobil internet paketi mövcud olmadığı halda abunəçinin nömrəsinə aktiv olan tarif paketə uyğun olaraq hesablanır) xidmət haqqı hesablanır.
"Azercell"in rəsmi internet səhifəsində rouminq zamanı istifadə ilə bağlı abunəçilər üçün faydalı məlumatlar dərc olunub. Abunəçilərdən "Azercell"dən SMS vasitəsilə göndərilən məlumat və bildirişləri nəzərdən keçirmək xahiş edilir. Eyni zamanda, fakturalı xətt abunəçiləri üçün xüsusi olaraq "Vacib məqamlar" bölməsində məlumat da yerləşdirilib: Fakturasız xətt abunəçiləri rouminq zamanı xərclərlə bağlı gec gələn bildirişlər səbəbindən limitin keçilməsi halları ilə qarşılaşa bilərlər.
Eyni zamanda, göndərdiyiniz sorğu ilə bağlı bildiririk ki, müştərinin sorğusunun araşdırılması üçün bizə nömrə təqdim edilməlidir.
Qeyd edək ki, müştərilərimiz "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar, o cümlədən rouminq xidməti ilə əlaqədar ölkələr və tariflər barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən, həmçinin Müştəri Xidmətlərinə müraciət etməklə əldə etmək imkanına malikdirlər", - deyə məlumatda vurğulanır.
Korporativ nömrə istifadəçisi xaricdə mobil xidmətlərindən istifadə edərkən böyük məbləğdə borca düşüb.
Oxu.Az xəbər verir ki, istifadəçi bununla bağlı sosial şəbəkədə paylaşım edib.
O, "Azercell" fakturalı xəttinin limitinin 50 AZN olduğunu və bu limit daxilində 25 AZN-lik paket seçdiyini bildirib.
"Maldivdə lokasiya ünvanından istifadə etmişəm. Limitli xətt olduğu üçün düşünmüşəm ki, 50 AZN-ə çatdıqda internet kəsiləcək, amma kəsilməyib. Nəticədə 548 AZN borc yazılıb. Belə çıxır ki, "Azercell" xaricdə bir meqabayt internetin qiymətini 25 AZN müəyyən edib?" - deyə istifadəçi yazıb.
Məsələ ilə bağlı "Azercell" şirkətinə sorğu göndərsək də, sorğumuza cavab verən olmayıb.
Əzizə İsmayılova
"Azercell" teqi üzrə xəbərlər
- "Azercell"dən "Möhtəşəm Cümə" endirimləri
- "Azercell" "Tələbələrin Akselerasiya Proqramı" üzrə layihə tərəfdaşı qismində çıxış edir
- "Azercell Biznes" rəqəmsal sənədləşmə imkanını təqdim edir
- "Azercell" COP29-un telekommunikasiya tərəfdaşıdır
- "Azercell" "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb
Rəylər