“Roma imperiyasına aid olan bir qəpik var idi, onu hərracda almaq üçün bir neçə telefonda zəngli saat qurmuşdum. Sonradan araşdıranda bildim ki, bu qəpik orijinal yox, onun birəbir bənzəridir. Amma yenə də çox xoşbəxt idim”.
Bu sözləri kolleksiyaçı Orxan Sərəfov İctimai TV-ə müsahibəsi zamanı deyib.
O bildirib ki, kolleksiya toplamağa marağı babasının Lerikin Cənginavır kəndindəki evində medallarını toplamaqla başlayıb.
“Əvvəl əşyalarımı bir qutuda saxlayırdım. Sonra özüm üçün bir otaq düzəltmək qərarına gəldim. İndi bütün kolleksiyam bu otaqdadır. Bu otaqda ən əziz qonaqlarımı qarşılayıram. Düşünürəm ki, burada heç bir bayağı söhbət etmək mümkün olmaz. Bura gələn hər kəs tarixdən müəyyən hissələr xatırlayır” , - o qeyd edib.
Daha ətraflı İctimai TV-nin süjetində:
Roma imperiyası sikkəsini əldə etmiş azərbaycanlı kolleksiyaçı: “Onu alanda çox xoşbəxt idim” - VİDEO
Rəylər