Ötən il gender əsaslı zorakılıqla bağlı "860" dəstək xəttinə 302 müraciət daxil olub, onlardan 175 nəfəri münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb.
"Report" xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb.
Qeyd olunub ki, müraciət edənlərin 237 nəfəri qadın, 65 nəfəri kişi olub. Dəstək xəttinə edilən müraciətlərin sayı 2022‐ci illə müqayisədə 12,3% artıb.
Müraciətlərin əksəriyyəti psixoloji (288) və fiziki zorakılıq (146), həmçinin cinsi zorakılıqla (6) bağlı olub. Şikayət edənlərin əksəriyyəti zorakılığın bir neçə növünün qurbanı olub və onlardan 175 nəfəri münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalıb.
Keçən il ərzində qəbul edilən zənglərin təhlilinə əsasən müəyyən edilib ki, müraciət edənlərin əksəriyyəti evli, orta təhsilli, işsiz şəxslərdir.
Rəylər