Güclü yağış nəticəsində yaranan sel suları Oğuz rayonunun Filfilli kəndinin yolunu bərbad vəziyyətə salıb.
Sakinlər bildiriblər ki, yolun bu vəziyyətdə olması onların işini xeyli çətinləşdirib, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.
Filfilli kənd icra nümayəndəliyindən bildirilib ki, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı əraziyə baxış keçirib, bundan başqa, problemlə bağlı Oğuz Rayon Suvarma Sistemləri İdarəsinə məlumat verilib və yolun təmiri üçün texnika istənilib.
Qeyd edilib ki, kənddə yol və körpülər dörd istiqamətdə dağılıb ki, onlardan üçü sakinlərin vəsaiti hesabına təmir edilib.
Oğuz Rayon Suvarma Sistemləri İdarəsindən isə bildirilib ki, hazırda digər ərazilərdə də sellərin yaratdığı fəsadların aradan qaldırılması, tütünçülükdə gündəlik tələb olunan suvarma işlərinin həyata keçirilməsi, kanalların təmizlənməsi istiqamətində işlər getdiyindən texnikalar əsasən həmin istiqamətlərə yönəldilib. Lakin imkan yaranan kimi həmin əraziyə də texnikalar cəlb olunacaq.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Güclü yağış nəticəsində yaranan sel suları Oğuz rayonunun Filfilli kəndinin yolunu bərbad vəziyyətə salıb.
Rəylər