Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Lənkəranda təcili yardım avtomobili qəzaya uğrayıb: Xəsarət alanlar var
Lənkəranda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
APA-nın verdiyi xəbərə görə, hadisə axşam saatlarında, köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük qəsəbə ərazisində baş verib.
Belə ki, rayonun Aşağı Nüvədi kəndindən çağırış olub. Əraziyə yaxın olan Şürük kənd Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası həmin ünvana çıxış edib.
Tibbi yardım avtomobili Gərmətük kəndi ərazisində hərəkətdə olarkən "Mercedes-Benz" markalı minik maşını tibbi yardım avtomobilinə çırpılıb.
Qəza nəticəsində tibbi aardım avtomobilində olan tibb bacısı və həkim xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, iki gün bundan əvvəl də Astaradan Lənkərana xəstə gətirən təcili tibbi yardım avtomobili Lənkəranda qəzaya uğramışdı.
Faktla bağlı araşdırma aparılır.
"Təcili Tibbi Yardım" teqi üzrə xəbərlər
- Təcili tibbi yardım maşınları COP29 zolaqlarından istifadə edə biləcək
- Təcili Tibbi Yardım Stansiyasının sürücüsü arvadını döydü - HÖKM
- Ağır xəstə körpüdə tıxacda QALDI
- Çağırışa gələn təcili yardımın həkimini təhqir etdi, cəzalandırıldı
- Zərdabda təcili yardım sürücüsü xəstə çağırışına həkimsiz gedib
Rəylər