Lənkəran şəhərində 29 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report" xəbər verir ki, 1995-ci il təvəllüdlü Anar Bəxtiyar oğlu Ağazadə yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.