Lənkəran Rayon Mərkəzi Xəstəxanasında baş vermiş ölüm hadisəsinin bəzi detalları məlum olub. Belə ki, Lənkəran şəhər sakini, 54 yaşlı Mübariz Şərifov ürək problemi ilə əlaqədar xəstəxanaya müraciət edib. Mərhumun oğlunun sözlərinə görə, Şərifov əməliyyat zamanı dünyasını dəyişib:
"Hansı səbəbdən ölməsi barədə bizə məlumat verilmir. Atamda heç bir ciddi problem yox idi, sadəcə müayinəyə gətirmişdik. Ürəyində problem var idi, dedilər ki, infarkt keçirə bilər və təcili əməliyyat olunmalıdır. Əməliyyatdan sonra iki günə ayağa qalxacaq deyirdilər, bizə belə söz vermişdilər".
Mərhumun qohumu əlavə edib: "Rəhmətlik sağlam şəkildə xəstəxanaya gəlmişdi. Heç bir problem yox idi, hər şey qaydasında idi. Sonradan xəbər verdilər ki, dünyasını dəyişib. Səbəbini soruşanda dedilər ki, ürək fəaliyyətini dayandırıb".
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Lənkəranda xəstə əməliyyat zamanı ölüb.
Lənkəranda xəstə əməliyyat zamanı ölüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhər sakini 1970-ci il təvəllüdlü Mübariz Yusif oğlu Şərifov ürəyində yaranan problemə görə xəstəxanaya müraciət edib. Xəstəni Bakı şəhərindən gedən həkim Yusif Abdulov müayinə edib və onda ürək damarlarında tutulma olduğunu bildirib, təcili əməliyyat olunmasını zəruri hesab edib.
M.Şərifovun oğlu Yusif Şərifzadə bildirib ki, əməliyyat avqustun 26-da saat 14-ə təyin olunub.
Həkim onlara əməliyyatın müəyyən səbəblərə görə gecikdiyini bildirib: "Saatlar keçdi, həkimlər atamdan heç bir məlumat vermədi. Axşam saat 12 radələrində bizə məlumat verdilər ki, xəstə əməliyyat zamanı ölüb. Biz bunu həkim səhlənkarlığı hesab edirik. Bu saata kimi atamın ölüm səbəbi bizə deyilməyib. Heç bir həkim bizi qəbul etmir".
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər