Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Laçında itkin düşərək həlak olan hərbçilərimizə şəhid statusu veriləcək?
3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşərək həlak olan Azərbaycan Ordusunun əsgərləri - 23.05.2003-cü il təvəllüdlü Fərid Əjdər oğlu Məmmədov və 09.02.2003-cü il təvəllüdlü Firdovsi Mais oğlu Abdullayev bu gün torpağa tapşırılıblar.
Həlak olan hərbçilərimizə şəhid statusunun verilib-verilməyəcəyi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq.
Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir.
"Belə bildiriş daxil olarsa, şəhid statusu verilə bilər".
Əzizə İsmayılova
Rəylər