Kürdəmir Rayonu Qağacılı kənd sakini 14.10.2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib, tibbi xidmət alıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, 18.11.2023-cü il tarixində yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə Yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionistinin qəbulunda olub, müayinələrdən keçib və fəsadlaşma olmadığı üçün simptomatik müalicə təyin edilərək üç gün sonra təkrar müayinəyə dəvət olunub.
21.11.2023-cü il tarixində ağırlaşması olmayan qızılca diaqnozu ilə təkrar müraciət edib, həkim məsləhəti alıb.
23.11.2023-cü tarixdə saat 09:10-da xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib və xəstəxanayaqədər ölüm təyin edilib. Meyit patoloji anatomik təşrihə verilib.
Anamnezində qızılcaya qarşı peyvənd olunmadığı qeyd olunub.
10:36
Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı ölüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Belə ki, bir həftəyə yaxındır qızılcaya yoluxan və qızdırması düşməyən, rayonun Qağacılı kənd sakini, dörd yaşlı Rüfət Roman oğlu Qəribli xəstəxanaya gətirilərkən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər