Ölkəmizdə keçiriləcək "Formula-1" və COP29 tədbirləri kirayə mənzil bazarında canlanma yaradıb.
Realtorlar bildirirlər ki, bu cür beynəlxalq tədbirlər zamanı, xüsusilə şəhər mərkəzinə yaxın bina və həyət evlərinin günlük kirayəsinə tələb artır. Bu işlə məşğul olanlar indidən həmin evləri aylıq kirayəyə götürərək, tədbir zamanı qonaqları qəbul edirlər.
Turizm üzrə ekspert Rəhman Quliyev isə qeyd edib ki, bu cür praktika bir çox ölkələrdə də mövcuddur. Yəni, həm turizm mövsümü zamanı, həm də müxtəlif tədbirlər vaxtı hotellərlə yanaşı, digər yaşayış yerlərinə də tələb artır.
Azərbaycanda keçirilən əvvəlki beynəlxalq tədbirlər zamanı da bina evləri və villalara tələb artmışdı.
Ekspert vurğulayıb ki, COP29 zamanı 80 mindən artıq qonağın gəlməsi gözlənilir və onların hər biri ən yüksək səviyyədə qarşılanacaq.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Ölkəmizdə keçiriləcək "Formula-1" və COP29 tədbirləri kirayə mənzil bazarında canlanma yaradıb.
Rəylər