Kəlbəcərdə yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənlərin və xəsarət alanların kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, iyun ayının 25-i saat 20:30-da Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun İstibulaq kəndi ərazisində "Mercedes" markalı avtomobilin aşması barədə məlumat daxil olub.
Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Hadisə nəticəsində Kəlbəcər rayon sakinləri - 1955-ci il təvəllüdlü Məqsəd Lazımov və 1958-ci il təvəllüdlü Qənirə Hüseynova ölüblər, 1988-ci il təvəllüdlü Elnur Qocayev, 1979-cu il təvəllüdlü Vüsal Yusifov, 1980-ci il təvəllüdlü Elşad Rəsulov, 1982-ci il təvəllüdlü Xəyalə Yusifova və 1984-cü il təvəllüdlü Ruhanə Rəsulova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə İstibulaq kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes ML" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Bildirilib ki, maşında olan şəxslər arıçılıq təsərrüfatı ilə məşğul olan işçilər imiş.
Hadisə nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
Samir İsayev
Rəylər