Kəlbəcərdə mina hadisəsi baş verib, üç nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər, Müdafiə Nazirlikləri və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.
Belə ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Səməndər Əliqəmə oğlu Məmmədov isə həmin mina partlaması nəticəsində qəlpə yaraları alıb.
Daha sonra hadisə yerinə onlara köməyə gedən 1976-cı il təvəllüdlü Rahim Əşrəf oğlu Qaraşov ikinci minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.
Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.
Oxu.Az xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov rayonun Ağdaban kəndində minaya düşüb.
Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar. X.Hüseynov xəstəxanaya çatdırılıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.
Samir İsayev
Rəylər