Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İşa Vəqfinin təsisçisi: "Azərbaycan Mərkəzi Asiyada ekoloji canlanmaya töhfə verə bilər"
"COP29 mahiyyət etibarilə bütün dünyanındır. Azərbaycanın ev sahibliyi edərək yaşıl dünya üçün həmrəy olması gözəl təşəbbüsdür".
Bu sözləri Oxu.Az-a açıqlamasında İşa Vəqfinin təsisçisi Sadhquru (Caqadiş Vasudev) deyib.
O vurğulayıb ki, indiyə qədər COP-ların əksəriyyətində yalnız karbohidrogenlərdən, əsasən neft və kömürdən danışıb:
"Amma şadam ki, biz artıq yaşıl dünyadan danışırıq. Yaşıl dünya yaşıl torpaq, yarpaq deməkdir. Bunun özü böyük bir detaldır".
Təsisçinin sözlərinə görə, Azərbaycan Mərkəzi Asiyada ekoloji canlanmaya töhfə verə bilər.
"Bu gün liderlər COP29-da iştirak üçün gəliblər, millətlər yaşıl təşəbbüslər üçün bir addım atırlar. Ölkələrin hər biri dünyada hər hansı hadisə baş verməzdən öncə bunun üçün tədbir görməlidir", - deyə o əlavə edib.
Məhərrəm Əliyev
"COP29" teqi üzrə xəbərlər
- Xarici İşlər Nazirliyində yeni rəis TƏYİNATI
- Mərakeşdə beynəlxalq forumda COP29-da Azərbaycanın gördüyü işlərdən danışılıb
- Qlobal problemin çözümündə Azərbaycanın növbəti diplomatik qələbəsi
- Moldova portalı: Azərbaycan COP29-da ekoloji diplomatiya sahəsində sıçrayış etdi
- Bu günün bir vaxtlar söz-söhbət adlandırdığımız reallıqları
Rəylər