Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
I Qarabağ müharibəsində itkin düşən, ancaq qeydiyyatdan kənarda qalan şəxslərin ailələrinə MÜRACİƏT
"Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərdən sonra Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və müvafiq dövlət qurumlarına daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş bir sıra şəxs aidiyyəti qeydiyyatlardan kənarda qalmışdır".
Oxu.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, buna səbəb kimi, Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə bəzi itkin ailələrinin yaxınlarının rəsmi qeydiyyata alınması üçün Dövlət Komissiyasına müraciət etməməsi göstərilə bilər:
"Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası qeydiyyatdan kənarda qalmış və yaxınları ilə bağlı DNT nümunələri verməmiş itkin ailələrindən, o cümlədən itkin düşmüş şəxslərə dair məlumatı olan vətəndaşlardan qısa müddət ərzində İşçi qrupu ilə əlaqə saxlayaraq itkin yaxınları barədə məlumatları və DNT nümunələrini verməyi xahiş edir".
"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası" teqi üzrə xəbərlər
- Xarici qonaqlar Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlığa baxış keçiriblər
- Azərbaycan Prezidenti: "Müharibə cinayətləri törətmiş şəxslər Ermənistanda qəhrəmanlaşdırılıblar"
- İlham Əliyev: "İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır"
- İtkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları ötən ay aşkarlanıb
- Dövlət Komissiyası: "Qarabağda bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib"
Rəylər