Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin məclisi keçirilib - FOTO
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvlərinin 2023-cü il üçün sayca ikinci olan hibrid formada növbəti məclisi keçirilib.
Milli Şuradan bildiriblər ki, Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən məclisdə ARGTMŞ-yə üzv olan və üzv olmaq üçün müraciət edən gənclər təşkilatlarının rəhbər və nümayəndələri iştirak ediblər. Məclis öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra ARGTMŞ-nin sədri Azər Əliyev cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsinin gənclər olduğunu vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan gənclərinə verdiyi önəmi, onlara göstərdiyi diqqət və qayğıdan, ölkədə gənclərə yaradılan geniş imkanlardan söz açıb, həmçinin, üzvlüyə müraciət edən təşkilatlara da uğurlar arzu edib.
Tədbirin gedişatında ARGTMŞ-nin baş katibi Ramin Həbibzadə təşkilatın 2023-cü ilin mayından 2023-cü ilin oktyabr ayına qədər olan dövrdəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edərək, keçirilən tədbirlər, layihələr və onlayn kampaniyalar haqqında məlumat verib.
Məclisdə üzvlük üçün müraciət edən “Elitar Gənc Biznesmenlər Mərkəzi” İctimai Birliyi, “Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyi, “Yaradıcı Gənclər” İctimai Birliyi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi öz fəaliyyətləri, gələcək hədəfləri və planları ilə bağlı təqdimatlarını təqdim ediblər.
Üzvlük üçün müraciət edən təşkilatların sədrlərinin çıxışlarından sonra onlayn və oflayn formada səsvermə keçirilib, uğur qazanan təşkilatlar Gənclər Təşkilatları Milli Şurasında müşahidəçi statusunda üzvlüyə qəbul olunub.
"MŞ" teqi üzrə xəbərlər
- Zelenski Ukrayna Təhlükəsizlik Şurasının tərkibini dəyişib
- Mətbuat Şurasının seçkilərlə bağlı yaratdığı “qaynar xətt” fəaliyyətini başa vurub - YENİLƏNİB
- “Sumqayıt” klubunun Müşahidə Şurasının iclası keçirilib, sədr dəyişib - FOTO
- Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının dördüncü iclası keçirilib
- Diaspor Gənclərinin azərbaycanlı jurnalistlərlə ilk maraqlı debatı - VİDEO
Rəylər