Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Erməni ifaçının mənimsədiyi "Qarabağ" mahnısı musiqi platformalarından silinib
Erməni ifaçı Gor Yepremyanın azərbaycanlı bəstəkar Bəhram Nəsibova məxsus "Qarabağ" mahnısının musiqisi əsasında çəkdiyi klip musiqi platformalarından silinib.
Oxu.Az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyin məlumat yayıb.
Bildirilib ki, agentliyin dəstəyi ilə bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun adından agentlikdə akkreditasiyadan keçmiş "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyinin (RAYS) - https://rays.az/ texniki yardımı ilə "YouTube" administrasiyasına edilmiş müraciət əsasında B.Nəsibovun müəllif hüquqlarının pozulması səbəbindən Gor Yepremyanın ifa etdiyi "Sirun jan" adlı mahnı "YouTube" tərəfindən "YouTube" platformasından və "CD BABY" distribütor şirkəti tərəfindən isə "YouTube Music", "Spotify", "Apple Music", "Amazon Music", "Deezer" və digər rəqəmsal musiqi platformalarından silinib.
"Qeyd olunanlarla yanaşı bildiririk ki, Harout Pamboukjianın ifa etdiyi "Aghji jan" mahnısının musiqisi də Azərbaycan bəstəkarı B.Nəsibova məxsus olan "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı mahnının musiqisi ilə üst-üstə düşdüyü üçün həmin mahnı "YouTube" tərəfindən eyniadlı platformadan silinib. Bununla da "Qarabağ" adlı mahnının sözlərinin və musiqisinin Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olması və erməni ifaçı Gor Yepremyan tərəfindən B.Nəsibovun müəllif hüquqlarının pozulması "YouTube" rəhbərliyi və "YouTube Music", "Spotify", "Apple Music", "Amazon Music", "Deezer" və digər rəqəmsal musiqi platformaları tərəfindən öz təsdiqini tapmış və bəstəkarın pozulmuş hüquqları bərpa edilib", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan "Qarabağ" adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilmiş və onun ifasında "Sirun jan" adı altında "Armenian Folk", yəni "erməni xalq mahnısı" qeydi ilə "YouTube" platformasında yerləşdirilmişdi.
"Əqli Mülkiyyət Agentliyi" teqi üzrə xəbərlər
- "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı
- Gürcüstan TV-lərində "Basqalı" rəqsi "erməni şalaxosu" kimi təqdim edilib? - Agentlik AÇIQLADI
- "Basqalı" rəqsi və "Bu qala, daşlı qala" mahnısının "erməni şalaxosu" kimi təqdim edilməsinə ETİRAZ
- Ermənilərin oğurladığı Azərbaycan mahnısı "YouTube"dan silindi
- Erməni ifaçının oxuduğu "Yarımgilə" mahnısının platformalardan silinməsi üçün bildiriş göndərilib
Rəylər