Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
DTX və DMX-dən birgə ƏMƏLİYYAT: 26 əcnəbi saxlanıldı, biri axtarılır - VİDEO
Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan ərazisində yaşama hüququ verən aidiyyəti sənədlər və qeydiyyat ünvanı olmadan yaşayan, həmçinin işləmək icazəsi almadan əmək fəaliyyəti ilə məşğul olan 26 əcnəbi müəyyən edilərək saxlanılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti birgə məlumat yayıblar.
Qeyd olunur ki, araşdırmalarla əcnəbilərin öz həmvətənləri tərəfindən 1 100-2 200 ABŞ dolları müqabilində Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edildiyi, qeydiyyata alınmadıqları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr əldə edilmədiyi və qanunsuz miqranta çevrilmələrinə şərait yaradıldığı müəyyənləşdirilib.
Qanunsuz miqrasiyanı təşkil etdiyinə dair barəsində əsaslı sübutlar əldə edilən əcnəbilərdən birinin Azərbaycanda yaşadığı məlum olub. Hazırda həmin əcnəbinin şəxsiyyətinin müəyyən olunması və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Aşkar edilən hallara hüquqi qiymət verilməsi təmin olunacaq.
"Dövlət Miqrasiya Xidməti (DMX)" teqi üzrə xəbərlər
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib
- Dövlət Miqrasiya Xidmətinin rəisi: "Hazırda ən üstsəviyyəli olan tədbir COP29-da keçirilir"
- Vüsal Hüseynov: "İqlimlə bağlı fəlakətlər illik yerdəyişmələrin artmasına səbəb olur"
- Ötən ay 14 nəfər Azərbaycana readmissiya olunub
- Bu il neçə nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib?
Rəylər