Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Baş bankir və müavinləri ötən il nə qədər qazanıblar?
2023-cü ildə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri, müavinlərinə və baş direktorlarına ümumilikdə 2 milyon 337 min manat həcmində ödəniş edilib.
İqtisadiyyat.az xəbər verir ki, bununla da 2022-ci ilə nisbətən Mərkəzi Bank rəhbərliyinə ödənişlər 8,4% və ya 215 min manat azalıb.
Belə ki, 2022-ci ildə AMB rəhbərliyi 2 milyon 552 min manat qazanmışdı.
Mərkəzi Bank rəhbərliyinə ödənişlərin 1 milyon 930 min manatı sırf əməkhaqqı, 407 min manatı isə sosial fondlara ayırmalarla bağlı olub. 2022-ci ilə nisbətən Taleh Kazımov və komandasının əmək haqqı 6,4%, sosial ödəmələri isə 16,7% azalıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov, sədrin I müavini Rəşad Orucov, sədrin müavini isə Əliyar Məmmədyarovdur.
Baş direktorlar Akşin Vəliyev, Ziya Əliyev, Vüqar Əhmədov, Əli Əhmədov, Toğrul Əliyev, Fərid Osmanov, Gülər Paşayeva, Şahin Mahmudzadə, Rəşad Məmmədov və Rəna Məlikovadır. Sonuncu 3 baş direktor 2024-cü ildə təyin edilib. Abdulla Məlik-Aslanov və Vüqar Əliyev isə Mərkəzi Bankın sədrinin müşavirləridir.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- Azərbaycanda BOKT-lər üçün nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb
- "Meqa Sığorta" şirkətlər qrupu Xankəndidə filial açdı
- AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib
- "Promsvyazbank" ASC-nin vitse-prezidenti Bakıda keçirilən COP29 haqqında təəssüratlarını bölüşüb
- "Azərbaycan Beynəlxalq Bankı" CƏRİMƏLƏNDİ
Rəylər