Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakının 12 rayonunda təhlükə: İcra hakimiyyəti hərəkətə keçdi
Bu ilin yay aylarında havaların qeyri-sabit keçməsi, küləkli günlərin sayının artması səbəbindən şəhərin müxtəlif ərazilərində qurumuş ağaclar insan həyatı ilə yanaşı, şəhər infrastrukturu, kommunikasiya xətləri və vətəndaşların əmlakına ciddi təhlükə yaradır.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bununla əlaqədar olaraq son günlərdə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin (BŞYTB) əməkdaşları tərəfindən paytaxt rayonlarının ərazilərində olan yaşıllıqların vəziyyəti ilə bağlı keçirilən monitorinqlərin intensivliyi artırılıb.
Monitorinqlərin nəticəsi olaraq BŞYTB tərəfindən Bakının 12 rayonu üzrə müxtəlif ünvanlarda qurumuş və təhlükəli ağacların götürülməsinə və ya budanmasına rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib.
ETSN mütəxəssisləri tərəfindən ərazidəki ağaclara baxış keçirilir və onların götürülməsi və qurumuş budaqların budanması ilə bağlı rəylər BŞYTB-yə təqdim edilir.
Təqdim edilən rəylər əsasında BŞYTB əməkdaşları ilk mərhələdə mərkəzi küçələrdən, hərəkətin sıx olduğu ərazilərdən, yol kənarlarından bu ağacların götürülməsinə və budanma işlərinə başlayıblar. Bakının bir neçə rayonunda işlərə başlanılıb, kəsilən ağaclar və budanan budaqlar ərazidən yığışdırılaraq təmizlik işləri aparılır.
Eyni zamanda, BŞTYB əməkdaşları gündəlik olaraq mövcud ağaclara qulluq göstərilməsi, ağac, kol və güllərin, qazon örtüyünün suvarılması işlərini həyata keçirirlər.
Qeyd edək ki, payız mövsümündə götürülən hər bir ağacın yerində iqlimə uyğun yeni ağaclar əkiləcək.
"Bakı Şəhər İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- Eldar Əzizov: "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil"
- Eldar Əzizov: "Bakıda qəzalı vəziyyətdə olan 1100 bina var"
- "Sabunçu tuneli"ni inşa edən şirkətdən açıqlama: "Ona qalsa, "Bağırov körpüsü"nə də su dolub"
- "Bağırov" körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb - RƏSMİ
- Güclü yağışın fəsadları ilə bağlı Nazirlər Kabinetində iclas - Yekun qərarlar veriləcək
Rəylər