Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA
Avqust ayından etibarən "BakıKart" tətbiqində texniki nasazlıq yaranıb. Problemin yaranmasından 3 aya yaxın vaxt keçsə də, hələ də tətbiq istifadəyə verilməyib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, "BakıKart" tətbiqində təkmilləşdirmə işləri davam etdirilir: "Tətbiq yaxın günlərdə istifadəyə veriləcək".
Qeyd edilib ki, vətəndaşların "BakıKart" mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib:
"Mobil tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Sərnişinlər ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən (məsələn, "BirBank" və "M10" tətbiqlərində QR-kod yaratmaqla) istifadə edə bilərlər".
"BakıKart mobil tətbiqi" teqi üzrə xəbərlər
- "Birbank" mobil tətbiqində ödənişlərlə bağlı problem: Ödənişlər geri qaytarılacaq?
- "4 AZN ödəyərək 6 ay pulsuz istifadə" - "BakıKart" adı altında SAXTA SƏHİFƏLƏR AÇILIB
- Nazir müavini: "BakıKart" proqramı yaxın günlərdə istifadəyə veriləcək"
- "BakıKart" hesablarındakı pulların aqibəti necə olacaq?
- "m10"un "BakıKart" bölməsində yaranan problem aradan qaldırılıb?
Rəylər