Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşdu: Xəsarət alan şəxsin son durumu AÇIQLANDI
"Bakının Xəzər rayonunda 150 saylı sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1 oktyabr saat 22:55 - də Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
"Təcili tibbi yardım heyəti tərəfindən xəsarət alan 20 yaşlı (kişi cinsli) şəxs Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub. Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində həkim-neyrocərrah tərəfindən müayinə olunan və dərialtı yumşaq toxumaların əzilməsi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıb", - deyə açıqlamada qeyd olunub.
Əzizə İsmayılova
Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, 150 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Hadisə zamanı avtobusda olan sərnişin, 2000-ci il təvəllüdlü Əli Şahin oğlu Babayev xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Rəylər