Bakıda qaçırıldığı bildirilən yeniyetmə qız artıq valideynlərinə təhvil verilib.
Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Lənkəran regional qrupundan məlumat verilib.
Həmçinin qurumdan bildirilib ki, yaşayış yeri üzrə polis əməkdaşları tərəfindən məsələ ilə bağlı nəzarət tədbirləri həyata keçiriləcək.
Daxili İşlər Nazirliyi Bakıda məktəbli qızın qaçırılaraq Cəlilabada aparılması məsələsi ilə bağlı açıqlama yayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, məsələ polis əməkdaşları tərəfindən nəzarətə götürülüb:
"Nikahla əlaqəli heç bir mərasim keçirilməyib. 16 yaşı tamam olmuş yeniyetmə izahatında heç bir təsirə və təzyiqə məruz qalmadan Cəlilabad rayonunda yaşayan qohumunun evinə getdiyini bildirib.
Araşdırma aparılır, müvafiq tədbirlərin görülməsi təmin ediləcək".
Bakıda məktəbli qız qaçırılıb.
Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində danışılıb.
Qaçırılan 16 yaşlı yeniyetmə Cəlilabada gətirilib.
Qızın sözlərinə görə, qaçması üçün valideynlərinin razılığı olub:
"Anamın əmisi oğludur, oğlan özü qaçırıb, hazırda Bakıya işləməyə gedib. Məktəbdən çıxmaq mənim qərarımdır. Burada sevgilimin anası və atası ilə birgə yaşayıram. Valideynlərim də məlumatlıdırlar",- deyə o bildirib.
Ətraflı süjetdə: