Bakı metrosunun "Gənclik" stansiyasında qatarda yaranan texniki nasazlığın səbəbi açıqlanıb.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisəyə səbəb qapılara kənar əşya müdaxiləsi olub.
Belə ki, qapının arasına düşən kiçik əşya və ya sərnişinin ayaqla müdaxiləsi nəticəsində kiçik ilişmə baş verib.
B.Məmmədov onu da vurğulayıb ki, "Bakı Metropoliteni"ndə sərnişin təhlükəsizliyinə xələl gətirəcək hadisəyə yol verilməsi qeyri mümkündür.
Bakı metrosunun "Gənclik" stansiyasında dayanan qatarda təhlükəli anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, vaqonun qapısında nasazlıq yaranıb. Sərnişinlər içəri daxil olduqdan sonra isə qapı bağlanmayıb.
Vətəndaşlar müdaxilə edərək qapını bağlamağa çalışıblar.
Həmin görüntüləri təqdim edirik: