Azərbaycanda dövlətə məxsus "Vixr" tipli gəmi hərraca çıxarılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb .
Məlumata görə, iyulun 23-də və 30-da Azərbaycanda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərraclar keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 34 nəqliyyat vasitəsi və müxtəlif növ avadanlıqlar çıxarılacaq.
Səhmdar cəmiyyətləri sənaye, xidmət sahələrinə aiddir. Onların 30-44 %-lik səhm paketi özəlləşdirilməyə çıxarılıb. Nəqliyyat vasitələrinin isə markaları müxtəlifdir. Onların sırasında gəmi də var. İlkin qiyməti 900 000 manat olan "B-98" layihəli gəmi alıcılara təklif olunur. Gəmi Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə məxsusdur. Hərraca çıxarılan avtomobillərin istehsal tarixi 1993-2019-cu illər arasında dəyişir.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3BfQrn linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.
Rəylər