Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan Milli Xalça Muzeyi uşaqlar üçün festival keçirəcək - FOTO
Azərbaycan Milli Xalça Muzeyi uşaqlar üçün festival keçirir.
Muzeyin sosial media hesabında verilən məlumatda bildirilir ki, uşaqların yay tətili günlərinə rəng qatmaq, onu daha səmərəli etmək üçün maraqlı və olduqca əyləncəli festival keçiriləcək.
15-16 iyul tarixlərində saat 14:00-dan 18:00-dək davam edəcək festival çərçivəsində muzeyimizin balaca dostları üçün xalça kvesti oyunu, estafet yarışları təşkil olunacaq, kukla tamaşaları göstəriləcək.
Uşaqların təqdimatında onların əl işi olan milli geyimlərdən ibarət moda nümayişi keçiriləcək. Həmçinin festival iştirakçıları onlar üçün hazırlanan əyləncəli proqrama qatılacaqlar.
Biletləri bu gündən etibarən muzeyin kassasından əldə edə bilərsiniz.
"Azərbaycan Milli Xalça Muzeyi" teqi üzrə xəbərlər
- Şirin Məlikova: "Əjdaha" ovlayırdım, alman dilerə ona görə ikiqat qiymət demişdilər"
- Milli Xalça Muzeyinə direktor təyin olundu
- Azərbaycan Milli Xalça Muzeyində "Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız" sərgisi açılıb - FOTO
- Albaniyanın birinci xanımı Xalça Muzeyi ilə tanış olub - FOTO
- Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının fəaliyyəti 31 ildən sonra bərpa edilib - FOTO
Rəylər