Paytaxtın Sabunçu rayonu, Sabunçu-Zabrat şosesi ilə hərəkət edən avtobuslar dayanacaqda yox, zibil qablarının önündə dayanır.
Xezerxeber.az-ın məlumatına görə, üzü Zabrat dairəsi istiqamətində hərəkət edən əksər sərnişin avtobuslarının sürücüləri kobud qayda pozuntusuna yol verirlər. Onlar dayanacaqda yox, məişət tullantıları üçün qoyulan konteynerin qarşısında dayanırlar. Bu isə avtobuslara minən və düşən sərnişinlərə çətinlik yaradır. Halbuki zibil qablarından 10 metr qarşıda dayanacaq üçün xüsusi "cib" düzəldilib.
Ərazidə yaşayan sakinlər də sərnişinlərin onlara maneə yaratdıqlarını, məişət tullantılarını ata bilmədiklərini deyirlər. Sərnişinlərin həyatını təhlükəyə atan belə sürücülərə və ya daşıyıcı şirkətə qarşı hansı tədbirlər görülür?
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, daşıyıcılara sərnişindaşıma qaydalarına riayət etməyə, sərnişinlərin dayanacaqdan kənar deyil, bilavasitə dayanacaq məntəqələrində mindirilib-düşürülməsi ilə bağlı tapşırıq verilib.
Ətraflı videomaterialda:
Avtobus sürücülərinin kobud qayda pozuntusuna yol verdikləri yol
Rəylər