Astara rayonunda 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.
"Report"un məlumatına görə, hadisə Astara rayonunun Seləkəran kəndi ərazisində baş verib.
Belə ki, mobil operator şirkətlərindən birinin əməkdaşı olan, Lənkəran rayonu Gərmətük qəsəbə sakini, 1987-ci il təvəllüdlü Elgün İlham oğlu Məlikov qazıntı işləri apararkən ərazidən keçən yüksəkgərginlikli elektrik cərəyanı onu vuraraq öldürüb.
Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Astara rayonunda 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.
Rəylər