Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ağır xəstəliyi olan iki yaşlı Rüfətin dəstəyə ehtiyacı var: Müalicə üçün imkanları yoxdur
İki yaşlı Rüfət xeyirsevər şəxslərin dəstəyinə möhtacdır.
Bu barədə Oxu.Az-a onun anası Samirə Əlizadə məlumat verib.
O bildirib ki, övladı qaraciyər problemindən əziyyət çəkir:
"Rüfət iki yaş iki aylıqdır. Bir neçə ay əvvəl onun bədənində ləkələr əmələ gəldi. Biz bunun allergiya olduğunu düşünsək də, sonradan bunun qaraciyərlə bağlı ola biləcəyini dedilər. Bununla bağlı bir çox analizlər verib, müayinələrdən keçmişik. Rüfətin analizlərini Türkiyədə yerləşən özəl klinikalardan birinə göndərdik. Oradan bizə Rüfətdə qaraciyər sirrozunun başlanğıcı ola biləcəyini dedilər".
Samirə Əlizadə övladının müalicəsi üçün Türkiyəyə yollandıqlarını deyib:
"Türkiyədəki həkimlər ora getməyimizi və orada müayinələrdən keçdikdən sonra daha dəqiq cavab verəcəklərini demişdilər. Biz sizin saytın izləyicilərinin dəstəyi ilə Türkiyəyə yollandıq. Həkimlər Rüfətə qaraciyər sirrozunun başlanğıcı diaqnozunu qoydular. Müalicələri vaxtında etsək, xəstəliyin qarşısını ala biləcəyimizi dedilər. Hazırda Rüfətin müalicələri üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 300-14-95.
Kapital Bank: 4169 7388 7205 3958.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir
- Bir yaşlı Aydının nənəsi: "Qızım qəzada həlak olub, onun qoxusunu nəvəmdən alıram"
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, mən sağalım"
- 19 yaşlı gənc qız atası üçün yardım istəyir: "Onsuz qalmaq istəmirəm"
Rəylər