Ağdaşda intihara cəhd hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Cardam kəndində baş verib.
Kənd sakini 29 yaşlı Ş.Cahangirova yaşadığı evdə sirkə turşusu içərək özünü öldürmək istəyib.
O, dərhal xəstəxanaya çatdırılıb və həyatı xilas edilib. Lakin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, üç uşaq anası olan Ş.Cahangirova evdə naməlum səbəblə əsəbiləşərək sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər