Cəlilabadın mərkəzi hissəsindən Hamarqışlaq, Çünzəli, Privalnoye, Xəlilabad kəndlərinə və eyni zamanda alternativ yol olaraq digər cənub rayonlarına çıxmaq imkanı verən yolun təxminən 6 kilometrlik hissəsi bərbad vəziyyətdədir.
Son günlər müşahidə olunan yağıntılı hava şəraiti təxminən 10 minə yaxın sakinin istifadə etdiyi yolu daha da keçilməz edib.
"Yolda hərəkət etmək mümkün deyil. Problemlə bağlı dəfələrlə müraciət etsək də, həlli ilə bağlı bir tədbir görülməyib. Qazandığımızı ancaq maşınlarımızın təmirinə veririk", - deyə sakin narazılıq bildirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən yolun yenidən qurulması regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilib və maliyyə vəsaiti ayrılan kimi təmirə başlanılacaq.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
10 min sakinin başına bəla açan yol nə vaxt bərpa ediləcək?
Rəylər